Fransalı aktyor Moris Barye koronavirusdan vəfat edib

Fransalı aktyor Moris Barye koronavirusdan vəfat edib
# 13 aprel 2020 15:40 (UTC +04:00)

Fransız aktyor Moris Barye 87 yaşında koronavirus infeksiyası nəticəsində vəfat edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, aktyora koronavirusa yoluxma diaqnozu bir neçə gün əvvəl qoyulub.

O, dərhal Monbar şəhər xəstəxanasına yerləşdirilib.

Aktyor aprelin 15-də Semyur-an-Osua şəhərində dəfn ediləcək.

M.Barye 50-dən çox filmdə çəkilib, o cümlədən Alen Delon, Jan-Pol Belmondo, Jan Qaben, Pyer Rişar, Jerar Depardye ilə tərəf müabili olub.

1998-ci ildə “On iki qəzəbli kişi” tamaşasındakı roluna görə, “Molyer” mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR