Gələn il mədəniyyət, incəsənət, gənclər siyasəti sahələrinə 439 milyon manat ayrılması proqnazlaşdırılır

Gələn il mədəniyyət, incəsənət, gənclər siyasəti sahələrinə 439 milyon manat ayrılması proqnazlaşdırılır
# 03 sentyabr 2020 11:53 (UTC +04:00)

Gələn ilin Azərbaycanın dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinə ayrılacaq vəsaitin xüsusi çəkisi açıqlanıb.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Gələn il büdcə xərclərində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinə ayrılacaq vəsaiətin xüsusi çəkisi 1,7 faizi olacaq.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat, 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Beləliklə, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinə ayrılacaq vəsait 439 milyondan manatdan çox olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR