“İçərişəhər” Qoruq İdarəsi onlayn auksion keçirir

“İçərişəhər” Qoruq İdarəsi onlayn auksion keçirir
# 23 aprel 2020 12:03 (UTC +04:00)

Aprelin 24-ü saat 00:00-da "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən onlayn auksion keçiriləcək.

Qoruq İdarəsindən APA-ya verilən məlumata görə, auksion aprelin 27-i saat 12:00-da başa çatacaq.

Auksionun keçiriləcəyi səhifəyə "İçərişəhər" DTMQİ-nin "İÇƏRİ ŞƏHƏR - LIVING HISTORY" feysbuk səhifəsindəki linkdən keçid etmək mümkündür (https://facebook.com/events/s/inc%C9%99s%C9%99n%C9%99t-xeyriyy%C9%99-layih%C9%99si/246408536478110/?ti=icl).

Nümayiş olunan əsərlər üçün təkliflər qapalı formatda qəbul olunacaq - beləliklə, müəyyən bir sənətkarın sənət əsərini almaq istəyən hər kəs səhifədə şəxsi mesaj yazmaqla təkliflərini artıra biləcək. Gündə bir dəfə auksiona çıxarılan hər sənət əsəri üçün təklif olunan ən yüksək məbləğ elan olunacaq.

Qeyd edək ki, "İçərişəhər" (DTMQİ) bir müddət əvvəl rəssamlara və koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək olmaq məqsədi ilə incəsənət-xeyriyyə layihəsinə start verib. Layihə çərçivəsində Qoruq İdarəsi Bəhruz Kəngərli, Sayalı Məmmədova, Orxan Qarayev, İmran Mehdiyev və Vüsalə Ağarzayevanın daxil olduğu bir qrup azərbaycanlı rəssama dünyada koronavirusla bağlı mövcud vəziyyəti əks etdirən rəsm əsərləri sifariş edib.

Xatırladaq ki, auksionda toplanan bütün vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR