İspaniyada karantindən sonra bitkilərə konsert verilib

İspaniyada karantindən sonra bitkilərə konsert verilib
# 23 iyun 2020 18:14 (UTC +04:00)

İspaniyanın Barselona şəhərindəki "Gran Teatre del Liceu" Operası üç aylıq karantindən sonra ilk konsertini bitkilərə verib.

APA-nın sozcu.com.tr-yə istinadən verdiyi xəbərə görə, altı dəqiqəlik performans zamanı Cakomo Puççininin “Crisantemi” əsəri ifa edilib.

Performansda adi qaydada konsertdə yerinə yetirilən bütün qaydalara əməl edilib, hətta “Konsert başlayır” anonsu belə verilib və 2300 bitki oturacaqlarda “yerini alıb”.

Konsertdən əvvəl baş prodüser Eugino Ampudia deyib ki, koronavirus yoluxması üzündən insanlar geri çəkilməyə məcbur qalıb və təbiət onun əlindən alınan, insanların boşaltdıqları məkanlara daxil olub: “Empati hissimizi artıra bilərikmi? Gəlin sənət və musiqi ilə başlayaq və təbiəti gözəl bir konsert salonuna dəvət edək”.

Salonda yer alan bitkilərin pandemiya ilə mübarizə aparan tibb işçilərinə bağışlanacağı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR