Kim Ki Duk koronavirusdan vəfat edib

Kim Ki Duk koronavirusdan vəfat edib
  • Clock-gray 14:48
  • calendar-gray 11 Dekabr 2020

Dünyaca məşhur Cənubi Koreya rejissoru Kim Ki Duk vəfat edib.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, 59 yaşlı rejissor Latviyada vəfat edib.

Onun koronovirusdan öldüyü bildirilir. Kim Ki Duk noyabrın 20-də Latviyaya səfər edib və dekabrın 5-dən heç kəslə əlaqə saxlamayıb. Rejissorun Latviyaya orada yaşamaq və ev almaq üçün getdiyi vurğulanır.

O, “Gərilmiş yay”, “Yaz, yay, payız, qış... və yenə yaz”, “Boş ev”, “Pyeta”, “Möbius” kimi filmlərin müəllifidir.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər