Londonda azərbaycanlı rəssamların sərgisi keçirilir - FOTO

Londonda azərbaycanlı rəssamların sərgisi keçirilir - FOTO
# 29 fevral 2020 18:27 (UTC +04:00)

Londonda azərbaycanlı rəssamların işlərinin sərgisi açılıb.

APA-nın London bürosunun verdiyi xəbərə görə, “Gazelli İncəsənət Evində keçirilən "The New Verge" adlı sərgidə Azərbaycanın görkəmli rəssamlarından olan Əşrəf Murad və Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilovun əsərləri nümayiş olunub. Sərgidə, Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə, diplomatik korpusun üzvləri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, xarici qonaqlar, incəsənət xadimləri iştirak ediblər.

“Gazelli” İncəsənət Evinin direktoru Mila Əsgərova Azərbaycanın önəmli sənət adamlarının Britaniyada tanıdılmasının və bölgənin tarixinin əks etdirilməsinin önəminə toxunub.

Sərginin kuratoru Fərəh Piriye ilk baxışdan Əşrəf Murad və Fərhad Xəlilovun bir-birindən fərqli görünə biləcəyini bildirsə də, sərginin bir-birinə bənzər ruhlara sahib bu iki görkəmli Azərbaycan rəssamlarını özündə əks etdirdiyini qeyd edib. "Eyni siyasi dövrdə yaşayan bu sənətkarlar Sovet ideologiyasının çərçivələrinə baxmayaraq fərdi və daxili müstəqilliklərini qoruyub saxlaya biliblər”, - deyə o, çıxışında bildirib.

Qeyd edək ki, sərgi aprelin 4-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR