Milli İncəsənət Muzeyində “Qan yaddaşımız” adlı sərgi açılıb

Milli İncəsənət Muzeyində “Qan yaddaşımız” adlı sərgi açılıb
# 17 yanvar 2020 17:08 (UTC +04:00)

Yanvarın 17-də Milli İncəsənət Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qan yaddaşımız” adlı rəsm və heykəltəraşlıq sərgisi açılıb.

APA-nın məlumatına görə, sərginin açılışında Milli İncəsənət Muzeyinin Elmi işlər üzrə direktor müavini Xədicə Əsədova çıxış edərək bildirib ki, 20 Yanvar faciəsinin ümumxalq hüznü olmaqla yanaşı Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətnliyinin göstəricisidir.

O bu qanlı cinayətin insanların azadlıq eşqini söndürə bilmədiyini, xalqımızın qanı bahasına da olsa, öz dövlət müstəqilliyini qazandığını vurğulayıb: "Xalqın mübarizə əzmini təcəssüm etdirmək, tarixi yaddaşlardan silməmək üçün sənətkarlarımız bu mövzuda əsərlər ərsəyə gətiriblər. Təbii ki, əsərlərin əksər hissəsi Azərbaycan Milli İncəsənət Muzeyinin fonduna da daxil edilib. Bugünkü sərgidə isə 70-ə qədər əsər nümayiş olunur. Bura rəngkarlıq, qrafika işləri ilə yanaşı heykəltərləq nümunələri də daxildir".

Muzeyin Bədii tərtibat şöbəsinin müdiri Araz Osmanov isə sərgidə Xalq rəssamları Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Arif Hüseynov, Elmira Şahtaxtinskaya, Xanlar Əhmədov, eləcə də rəssamlar Hafiz Məmmədov, Əmirbəy Nərimanbəyov, Sara Manafova, Şamo Abbasov, Cahangir Rüstəmov, Fərman Qulamov və Sahib Quliyevin “Bakı müsibəti”, “19 yanvar 1990-cı il”, “Şəhidlər”, “Narahat axşam”, “Təcavüz”, “Şəhidlərə ithaf”, “Allah bizə kömək olsun” və başqa əsərlərinin nümayiş olunduğunu diqqətə çatdırıb.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi yanvarın sonuna qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR