Opera və Balet Teatrında "Qaraca qız" baletinin nümayiş olunacaq

Opera və Balet Teatrında "Qaraca qız" baletinin nümayiş olunacaq
# 05 mart 2020 15:48 (UTC +04:00)

Martın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq Artisti, professor Əşrəf Abbasovun "Qaraca qız" baletinin tamaşası keçiriləcək.

Teatrdan APA-ya verilən məlumata görə, tamaşa bəstəkarın 100 illik yubileyinə həsr olunur.

Balet həyatda bir çox çətinliklər və ədalətsizliklərlə qarşılaşan balaca Tutunun - Qaraca qızın bədbəxt taleyindən bəhs edir.

Tamaşada Əməkdar artist Cəmilə Kərimova (Qaraca qız), solistlərdən Yuliya Ferştandt (Ağca qız), Timur Oduşev (Pərviz bəy), Liana Mirabdullayeva (Yasəmən), İslam Məmmədov (Yusuf), Faiq Qubatov (Piri baba) və başqaları ifa edəcəklər.

Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Samir Səmədov, dirijoru A.Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR