Rəmiş dəfn edilib - YENİLƏNİB

Rəmiş dəfn edilib - YENİLƏNİB
  • Clock-gray 12:34
  • calendar-gray 06 Aprel 2021

Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş)  dəfn edilib.

APA xəbər verir ki, o, Qaradağ rayonu "Qurd Qapısı" qəbiristanlığında  torpağa tapşırılıb.

Dəfn mərasimində iştirak edən tanınmış nağara ifaçısı Sadıqcan Zərbəliyev deyib ki, Rəmiş gitara sənətini Azərbaycanda tanıdan və sevdirən şəxs olub: “Rəmiş sözün həqiqi mənasında sənətkar idi. Onunla həm bir çox dövlət tədbirdə, həm Xalq artisti Zeynəb Xanlarovanın konsertlərində iştirak etmişik".

O, Rafiq Hüseynovun xəstə olduğu vaxtlarda sənətkara göstərilən dəstəyə görə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.

Əməkdar artist Cabir Abdullayev də Rəmişi böyük sənətkar olduğunu bildirib: “Biz həmişə onunla fəxr etmişik. Uşaqlıqda həmişə Rəmişi görmək arzumuz olub.

 

Çox şükürlər olsun ki, Rəmiş torpaqlarımızın azad edilməsini gördü, onun ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olunduğunu görmək idi".

***

12.02

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovla (Rəmiş) vida mərasimi keçirilir.

APA-nın xəbərinə görə, mərasimə ictimai-siyasi xadimlər, tanınmış sənətçilər qatılıb.

Rəmiş "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

Sail Ağasəlim

Digər xəbərlər