Rus Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası nümayiş olunub

Rus Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası nümayiş olunub
# 28 noyabr 2019 16:13 (UTC +04:00)

Noyabrın 27-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Cəfər Cabbarlının “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşa nümayiş olunub.

APA-nın məlumatına görə, tamaşa Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş teatr həftəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı tərəfindən hazırlanıb.

Quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayev olan səhnə işində rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa ediblər.

Ailə-məişət mövzusundakı tamaşada bir-birinə səmimi hisslər bəsləyən Səriyyə və Rüstəmin məhəbbəti ön planda təsvir olunur. Səhnə əsərində cəmiyyətin əsas mövcud problemləri, o cümlədən ictimai, əxlaqi-mənəvi inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adətlərə sadiqliyi, pulun cəmiyyətə və əxlaqa göstərdiyi pozucu təsir kəskin tənqid olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR