Rusiyanın Xalq artisti İosif Konopaskiy vəfat edib

Rusiyanın Xalq artisti İosif Konopaskiy vəfat edib
# 10 mart 2021 10:35 (UTC +04:00)

RSFSR-in Xalq artisti, teatr və kino aktyoru İosif Konopaskiy vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun qızı İrina Konopaskaya bildirib.

1925-ci ildə anadan olmuş İ.Konopaskiy ömrünün 60 ilini teatr və kino sahəsinə həsr edib. O, “713 eniş etmək istəyir”, "Çukotkanın rəisi”, “Üsyan zastavası”, “İnqilabla doğulmuş” kimi filmlərdəki rolları ilə yaddaşlarda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR