“Şedrik” Ukrayna nəğməsi Azərbaycan musiqi alətlərində səsləndirilib - VİDEO

“Şedrik” Ukrayna nəğməsi Azərbaycan musiqi alətlərində səsləndirilib  - VİDEO
  • Clock-gray 10:54
  • calendar-gray 25 Dekabr 2020

“Şedrik” Ukrayna nəğməsi qədim Azərbaycan musiqi alətlərinin köməyi ilə yeni şəkildə səsləndirilib. 

Ukraynanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, istedadlı Ukrayna musiqişünası Polina Desyatniçenko muğam sənətinə yiyələnmək üçün xüsusi olaraq Kanadadan Azərbaycana gəlib. 

Bildirilib ki, Polina Desyatniçenko, Toğrul Əsədullayev, Çinarə Heydərova, Vəfa Şirəliyeva, Şəfa Kərimova və Azad Əliməmmədovdan ibarət yeni yaradılmış Ukrayna-Azərbaycan tandemi “Şedrik” Ukrayna nəğməsinin qədim Azərbaycan musiqi alətlərinin köməyi ilə yeni şəkildə səsləndirilməsinə imkan yaradıb. 

"Ukrayna bəstəkarı Nikolay Leontoviçin ümumdünya tanınmış “Şedrik” əsəri artıq ikinci yüzillikdir  ki, Ukrayna mədəniyyətini yeni ölkələrə və şəhərlərə çatdıraraq dünya üzrə səyahət edir. 100 il bundan öncə “Şedrik” nəğməsi ilk olaraq Ukrayna xorunun Şimali Amerikaya qastrolları zamanı səsləndirilib və dərhal “Carol of the bells” əfsanəvi mahnı kimi böyük populyarlıq qazanıb. Ənənəyə görə, “Şedrik” Ukrayna nəğməsi yeni il bayramlarının yaxınlaşdığı barədə dünyaya xəbər verir. “Şedrik” və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi dost Azərbaycan xalqını qarşıdan gələn Yeni İl bayramı münasibətilə ürəkdən təbrik edir və yeni 2021-ci ildə sülh, rifah və çiçəklənmə arzu edir!", - deyə qeyd olunub.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər