Səfurə İbrahimova “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq - YENİLƏNİB

Səfurə İbrahimova “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq - YENİLƏNİB
# 22 dekabr 2020 12:17 (UTC +04:00)

Xalq artisti Səfurə İbrahimova “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafar-zadə məlumat verib.

O bildirib ki, dəfn mərasimi saat 15:00-da baş tutacaq.

Qeyd edək ki, Səfurə İbrahimova dünən axşam saatlarında vəfat edib.

***

11.04

Xalq artisti Səfurə İbrahimovanın cənazəsi evindən götürülərək “Təzə Pir” məscidinə aparılıb.

APA-nın məlumatına görə, “Təzə Pir” məscidində dini ayinlərin icrasından sonra Səfurə İbrahimova torpağa tapşırılacaq.

Qeyd edək ki, Səfurə İbrahimova dünən axşam saatlarında vəfat edib.

Səfurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955-1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub.

Səfurə İbrahimova “Sevil”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Tütək səsi”, “Dərviş Parisi partladır”, “Qaynana” və başqa filmlərdə yaratdığı bənzərsiz rolları ilə yaddaşlarda qalıb.

Allah rəhmət eləsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR