Şimali Kiprdə azərbaycanlı rəssamın fərdi sərgisi təşkil edilib

Şimali Kiprdə azərbaycanlı rəssamın fərdi sərgisi təşkil edilib
# 16 dekabr 2019 12:32 (UTC +04:00)

Dekabrın 11-dən 20-dək Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetində azərbaycanlı rəssam Ramina Səadətxanın fərdi sərgisi təşkil edilib.

APA-nın məlumatına görə, sərgi şimali kiprli iş adamı və mesenat, Yaxın Şərq Universitetinin təsisçisi və rektoru Suat Günselin təşəbbüsü ilə keçirilib.

Sərgidə rəssamın Şimali Kiprin paytaxtı Lefkoşada 40 gün ərzində çəkdiyi 21 əsər nümayiş olunub. Sərginin açılışında Şimali Kipr Türk Respublikasının İqtisadiyyat və Enerji naziri Hasan Taçoy, Suat Günsel də iştiak ediblər.

R. Səadətxan nümayiş olunan əsərlərə görə universitetin rəhbərliyi tərəfindən “Gümüş açar” fəxri mükafatına layiq görülüb.

Qeyd edək ki, R. Səadətxanın sərgisi xüsusi olaraq Şimali Kipr Modern Sənət Muzeyi üçün nəzərdə tutulub. Sözügedən muzey üçün Türkiyə və Qazaxıstan rəssamlarının əsərlərindən ibarət sərgilər də təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR