Suraxanı rayonunda Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışı olub

Suraxanı rayonunda Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışı olub
# 26 avqust 2020 11:49 (UTC +04:00)

Avqustun 26-da Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışı olub.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma məlumat verilib ki, bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub. Burada rəqs ansamblı və vokal-instrumental qrup fəaliyyət göstərəcək. Bundan başqa, mədəniyyət evində konsert-tamaşa zalı, universal səhnə, səsyazma studiyası və digər zəruri infrastruktur yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR