Venesiya kinofestivalının vaxtı dəyişdirilməyəcək

Venesiya kinofestivalının vaxtı dəyişdirilməyəcək
# 25 may 2020 18:56 (UTC +04:00)

Venesiya Festivalında kino baxışı planlaşdırıldığı kimi, sentyabrın 2-dən 12-dək keçiriləcək.

APA-nın “RİA Novsoti”yə istinadən verdiyi xəbərə görə, 77-ci Venesiya kinofestivalı koronavirus pandemiyasından sonra keçirilən ilk genişmiqyaslı kino hadisəsi olacaq.

Venesiya vilayətinin Terevizo əyalətinin qubernatoru Luka Dzayya bildirib ki, tədbir qrafikə uyğun baş tutacaq.

Venesiya kinofestivalı 1932-ci ildən keçirilir. Onun da Kann kinofestivalı kimi COVİD-19 üzündən təxirə salınacağı düşünülürdü. Yerli mətbuatın bildirdiyinə görə, pandemiya ilə əlaqədar bir çox layihələr təxirə salındığı üçün bu il Venesiyada əvvəlki illərdən fərqli olaraq az film nümayiş ediləcək. Festivalın proqramı iyul ayında açıqlanacaq.

Qeyd edək ki, bu il əksər festivallar təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR