Aktyor İsaac Kappy intihar edib

Aktyor İsaac Kappy intihar edib
# 16 may 2019 11:11 (UTC +04:00)

Hollivud aktyoru İsaac Kappy intihar edib.

ONA-nın məlumatına görə, 42 yaşlı aktyor özünü çaya atıb.

“Thor”, “Klown” “Kamp” “Massacre”, “Fanboys” və “Not Forgotten” kimi filmlərdə çəkilmiş Kappy intihardan qabaq "İnstagram" hesabında vida məktubu paylaşıb: “Yaxşı insan olduğuma inanırdım, amma əslində elə deyiləm. Əslində həyatım boyunca pis insan oldum. Pula görə insanlardan istifadə elədim, xeyli insanın etibarına xəyanət etdim. Spirtli içki, narkotik və siqaretdən istifadə edərək bədənimə xəyanət etdim. Məni sevən insanlardan faydalandım. Qumara pul xərclədim. O qədər çox xərclədim ki, gələcəyimi məhv etdim. Artıq həyatda itirəcək heç nəyim yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR