Azərbaycan Bəstəkarlar İttifaqına yeni katiblər seçilib

Azərbaycan Bəstəkarlar İttifaqına yeni katiblər seçilib
# 31 oktyabr 2019 15:57 (UTC +04:00)

Oktyabrın 31-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) İdarə Heyətinin iclası keçirilib.

ABİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İdarə Heyətinin üzvləri tanınmış bəstəkar, Əməkdar İncəsənət xadimi, professor Cəlal Abbasov və tanınmış musiqişünas, Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova yekdilliklə yenidən İttifaqın katibləri seçiliblər.

İclas iştirakçıları həmçinin tanınmış musiqişünas, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanı Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi vəsifəsinə seçilməsinə yekdilliklə səs veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR