Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Fəxri Xiyabanı ziyarət edib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Fəxri Xiyabanı ziyarət edib
# 29 oktyabr 2019 14:33 (UTC +04:00)

Oktyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi ilə əlaqədar olaraq teatrın kollektivi Fəxri Xiyabanı ziyarət edib.

APA-nın məlumatına görə, kollektiv ilk olaraq ümummili lider Heydər Əliyevin məzarını ziyarət edib, gül dəstələri düzüb.

Sonra Azərbaycan teatrının görkəmli xadimi Hüseyn Ərəblinskinin məzarı ziyarət olunub, gül dəstələri qoyulub.

Xalq artisti Azər Paşa Nemət jurnalistlərə açıqlamasında bildirib ki, Heydər Əliyev hər zaman teatrın dostu olub: "O, hər dəfə teatrımızın premyeralarında iştirak edər, tamaşadan sonra səhnə arxasında kollektivin üzvləri ilə bir-bir danışar, tamaşanı müzakirə edərdi. O, kollektivin hamısını adı ilə tanıyardı. Heydər Əliyev teatra hər zaman qayğı ilə yanaşardı. Buna görə də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illiyi günü onun məzarını ziyrət etmək bizim üçün vacib idi. Çünki o, həmişə teatrı ziyarət edirdi, bu gün isə biz onu ziyarət etməyə gəlmişik".

A. P. Nemət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illiyini keçirməsinin qürurverici hal olduğunu vurğulayıb: "1919-cu ildə cümhuriyyətin qurucuları kiçik dəstələrdən ibarət olan teatr trupparlarını birləşdirərək ilk dövlət teatrını yaradıblar. Teatrımız bu gün də yaşayır, inkişaf edir, irəliyə doğru addımlar atır".

Kollektiv daha sonra Şəhidlər Xiyabanını ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR