Azərbaycanlı rəqqaslar Asiya mədəniyyət karnavalında iştirak edir

Azərbaycanlı rəqqaslar Asiya mədəniyyət karnavalında iştirak edir
# 16 may 2019 10:28 (UTC +04:00)

Çinin paytaxtı Pekində keçirilən “Asiya sivilizasiyalarının dialoqu” konfransı çərçivəsində Asiya mədəniyyət karnavalının açılışı olub.

ONA-nın məlumatına görə, Pekindəki məşhur “Quş yuvası” stadionunda keçirilən tədbirdə Çin Xalq Respublikasının Sədri Si Cinpin çıxış edib.

Karnavalda yerli incəsənət ustaları ilə yanaşı, Asiyanın bir neçə ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, Tacikistan və digər dövlətlərdən mahnı və rəqs qrupları, musiqiçilər çıxış ediblər.

Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri “Mənim Azərbaycanım” kompozisiyasını təqdim ediblər.

Mayın 22-dək davam edəcək karnaval Asiya xalqları arasında mədəni mübadilənin təşviqi məqsədini daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR