Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə İndoneziyanın musiqi alətləri hədiyyə olunub

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə İndoneziyanın musiqi alətləri hədiyyə olunub
# 26 sentyabr 2019 17:29 (UTC +04:00)

İndoneziya Respublikasının ölkəmizdəki səfiri Husnan Bəy Fanani Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə İndoneziya milli musiqi alətləri olan anqklunq, qambanq, lodonq və digər musiqi alətləri hədiyyə edib.

APA-nın məlumatına görə, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Husnan Bəy Fananiyə hədiyyələrə görə təşəkkürünü bildirib.

Təqdim olunan musiqi alətlərinin muzeyin dünya xalqlarının musiqi alətləri kolleksiyasını daha da zənginləşdirəcəyi vurğulanıb.

Təqdimat mərasimində Əməkdar artist, pianoçu Adilə Əliyeva F.Şopenin əsərlərini ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR