Azərbaycanda ilk dəfə “Milli Nəfəs Alətləri Festivalı” keçirilir

Azərbaycanda ilk dəfə “Milli Nəfəs Alətləri Festivalı” keçirilir
# 03 oktyabr 2019 17:18 (UTC +04:00)

Bu gün Azərbaycanda ilk dəfə “Milli Nəfəs Alətləri Festivalı” işinə başlayıb.

APA-nın məlumatına görə, oktyabrın 6-dək davam edəcək festivalın təşkilatçısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən “Mədəniyyət” kanalıdır.

Festival “Azərbaycan milli nəfəs alətlərinin təbliği və tədqiqi” mövzusunda elmi-praktiki konfransla açılıb. Konfransda “Mədəniyyət” kanalının direktoru, festivalın bədii rəhbəri, Əməkdar artist Ramil Qasımov çıxış edərək festivalın milli nəfəs alətlərinin təbliği istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, milli və professional musiqimizin təbliğində ölkə başçısının gördüyü işlər əvəzsizdir.

Konfransın qonaqları - Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, fəlsəfə doktoru Asif Usubəliyev, Xalq artisti Murad Hüseynov da festivalın keçirilməsinin yeni nəslin milli ruhda formalaşmasında əvəzsiz töhfə verəcəyini labüd hesab ediblər.

Festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyasında fərqli və rəngarəng tədbirlərin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR