Azərbaycanın ilk rok qrupunun yaradıcısı vəfat edib

Azərbaycanın ilk rok qrupunun yaradıcısı vəfat edib
# 02 iyul 2019 19:52 (UTC +04:00)

Azərbaycanın ilk rok qrupu olan "Yuxu"nun yaradıcısı İbrahim Emin vəfat edib.

APA-nın yerli bürosunun məlumatına görə, İ. Emin bu gün 56 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İbrahim Emin 18 may 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1986-cı ildə "Yuxu" qrupunu yaradıb. Qrupun ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməkdən başqa qrupda bass gitarist kimi ifa edib.

İbrahim Emin 2004-cü ildə Sumqayıtda “Sirr” qrupunu yaradıb. Qrupun 2014-cü ildə "Yoruldum" adlı albomu işıq üzü görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR