Azərbaycanlı rejissor: "Döyüş" filmini Bakıda nümayiş etdirmək mənim üçün böyük şərəfdir"

Azərbaycanlı rejissor: "Döyüş" filmini Bakıda nümayiş etdirmək mənim üçün böyük şərəfdir"
# 23 sentyabr 2019 19:33 (UTC +04:00)

"Döyüş" filmini Bakıda nümayiş etdirmək mənim üçün böyük şərəfdir".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında azərbaycanlı rejissor Anar Abbasov deyib.

"Döyüş" bədii filminin özünün debüt işi olduğunu deyən rejissor bundan əvvəl sənədli film çəkdiyini vurğulayıb: "Bu, mənim diplom işimdir. Bəxtim onda gətirdi ki, ssenari Rusiya Mədəniyyət Nazirliyi tərəfindən bəyənildi və mənim debüt filmim ərsəyə gəldi. Bundan sonra da film çəkmək arzusundayam. Artıq növbəti layihəyə başlamışıq".

Qeyd edək ki, sentyabrın 23-dən 29-dək Bakıda Rusiya film həftəsi keçiriləcək. Film həftəsi əslən Azərbaycandan olan rejissor Anar Abbasovun "Döyüş" bədii filmi ilə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR