Bakıda Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi keçiriləcək

Bakıda Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi keçiriləcək
# 30 may 2019 12:36 (UTC +04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə iyunun 1-dən 5-dək Bakıda “CASPİAN ÉTUDE” Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi keçiriləcək.

ONA-nın məlumatına görə, müsabiqədə iştirak gənc musiqiçilərin fərdi yaradıcılığının inkişafını, həmçinin onların ifaçılıq vərdişlərinin gələcəkdə təkmilləşdirilməsini, habelə konsert və pedaqoji repertuarlarının dünyada məşhur olan ən yaxşı klassik musiqi nümunələri ilə zənginləşməsini təşviq edəcək.

16 yaşına qədər iştirakçılar arasında, dörd yaş kateqoriyasında keçiriləcək müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələrinin və musiqi kolleclərinin tələbələri iştirak edəcəklər. Müsabiqədə gənc istedadları Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov (Rusiya), tanınmış pianoçu Marko Freyvə Azərbaycanın Xalq artisti, beynəlxalqa mükafatlar laureatı Murad Hüseynovdan ibarət münsiflər heyəti qiymətləndirəcək.

Beynəlxalq Muğam Mərkəzində reallaşacaq müsabiqə Azərbaycan bəstəkarlarının yaradıcı irsini, Azərbaycan musiqisini tanıtmaq, gənc, istedadlı musiqiçiləri aşkar etmək və dəstəkləmək, aparıcı müəllimlərin yenilikçi ideyalarının və təcrübələrinin mübadiləsi, həmçinin iştirakçı-ölkələr arasında beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR