Bakının tarixinə həsr olunan pop-up muzeyin açılış mərasimi keçirilib

Bakının tarixinə həsr olunan pop-up muzeyin açılış mərasimi keçirilib
  • Clock-gray 19:26
  • calendar-gray 01 Noyabr 2019

“Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində  Bakının tarixinə həsr olunan pop-up (müvəqqəti) muzeyin açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, açılış mərasimində Memarlar İttifaqının sədr müavini, sənətşünaslıq üzrə professor Elçin Əliyev çıxış edib. O, bu müvəqqəti muzeydə nümayiş  olunan əsərlər barədə məlumat verib. E. Əliyev bildirib  ki, nümayiş olunan bəzi parçalar ötən əsrin 20-30-cu illərində tikilən binaların fasadlarına aiddir. 

Qeyd edək ki, müvəqqəti muzey Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil olunan "Fantazia" Mədəni İrs Festivalı çərçivəsində təşkil olunub. Noyabrın 15-dək davam edəcək Festival çərçivəsində sərgilərin, konsertlərin, vorkşopların keçirilməsi nəzərdə tutulur. 

 

 

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date