Beynəlxalq Muğam Mərkəzində “Haqq mənəm, haqq məndədir” adlı konsert olacaq

Beynəlxalq Muğam Mərkəzində “Haqq mənəm, haqq məndədir” adlı konsert olacaq
  • Clock-gray 19:08
  • calendar-gray 22 Oktyabr 2019

Oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində “Dədə Qorqud” ansamblı “Haqq mənəm, haqq məndədir” adlı musiqili, ədəbi-bədii gecə təşkil edəcək. 

APA-nın məlumatına görə, konsert Nəsiminin 650 illik yubileyinə həsr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan tədbirdə Əməkdar artist Nuriyyə Hüseynovanın və “Dədə Qorqud” ansamblının üzvlərinin ifaları səslənəcək.

Konsert 19:00-da başlayır.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date