"Bohema" tamaşasında opera ulduzları iştirak edəcəklər

"Bohema" tamaşasında opera ulduzları iştirak edəcəklər
# 06 sentyabr 2019 18:55 (UTC +04:00)

Sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cakomo Puççininin “Bohema” operasının tamaşası göstəriləcək.

APA-nın məlumatına görə, tamaşanı tanınmış italiyalı dirijor Lorenso Tassyeri idarə edəcək.

L.Tassyeri vətəni İtaliyadan başqa dünyanın bir çox ölkələrində - Avropa, Latın Amerikası və Yaxın Şərq, habelə ABŞ, Yaponiya, Çin, Koreya və s. ölkələrin ən mötəbər teatr və konsert salonlarında çıxış edir.

Opera tamaşasında Mimi partiyasını teatrın aparıcı solisti - Əməkdar artist, "Humay" milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək.

Teatrın rəhbərliyi tanınmış və istedadlı opera ifaçıları - Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanovu və Belarusun Əməkdar artisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Vladimir Qromovu da tamaşada əsas partiyalardan olan Rudolf və Marselin partiyalarını ifa etmək üçün dəvət edib.

Tamaşada həmçinin Azərbaycan Respublikasının Əməkdar artistləri İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol), Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR