Bakıda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi açılıb

Bakıda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi açılıb
  • Clock-gray 18:36
  • calendar-gray 28 Sentyabr 2019

Bu gün  Azərbaycan Milli Xalça Muzeyində böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi açılıb.

APA-nın xəbərinə görə, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı" çərçivəsində baş tutan sərginin açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, 1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilib: “Son illərdə də şairin şəxsiyyəti, yaradıcılığı həm ölkəmizdə, həm də beynəlxalq arenada layiq olduğu yüksək dəyəri alır, dünya ictimaiyyətinə tanıdılır. Belə ki, Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə 2017-ci ilin may ayında Parisdə, UNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd olunub. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ilk dəfə Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı keçirilib”.

Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünasların, filosofların, rəssamların, şair və alimlərin, musiqi, rəqs, teatr qruplarının iştirakının Nəsiminin fikir və düşüncələrinin dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin təbliği baxımından da mühüm əhəmiyyət kəsb etdiyini deyib: “Festival çərçivəsində keçirilən Beynəlxalq xalça eskizi müsabiqəsi və Mədəniyyət Nazirliyinin “SÖZ” layihəsinin gənc şairlər arasında elan etdiyi ən yaxşı poetik əsər müsabiqəsi də Nəsimi poeziyası, onun fəlsəfi ideyalarının ayrı-ayrı incəsənət növləri vasitəsilə tərənnümü baxımından əhəmiyyətlidir. Belə müsabiqələr Nəsiminin ədəbi-mədəni irsinin öyrənilməsi ilə yanaşı, gənc istedadların üzə çıxarılmasına, cəmiyyətə təqdim olunmasına xidmət edir”.

Sonra Beynəlxalq xalça eskizi müsabiqəsinin, həmçinin Mədəniyyət Nazirliyinin “SÖZ” layihəsi çərçivəsində elan edilən ən yaxşı poetik əsər müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib.

 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date