Metronun "Gənclik" stansiyasında Dieqo Rivera və Frida Kalonun sərgisi açılıb - FOTO

Metronun "Gənclik" stansiyasında Dieqo Rivera və Frida Kalonun sərgisi açılıb - FOTO
# 07 noyabr 2019 12:03 (UTC +04:00)

Meksikada incəsənət tarixinin ən çox müzakirə olunan cütlüklərindən biri Dieqo Rivera və Frida Kalonun 2002-ci ildə öz ev muzeylərində keçirilən sərgilərindən sonra ikinci dəfə “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” adlı sərginin açılışı məhz Bakıda, noyabr ayının 7-də “Gənclik” metro stansiyasında keçirilib.

"Bakı Metropoliteni" QSC-dən “APA-Economics”ə verilən məlumata görə, Meksikanın Azərbaycan səfirliyinin təşəbbüsü ilə Meksika həftəsi çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyinin iştirakı və “Unibank”ın təşkilati dəstəyi ilə keçirilən bu unikal sərginin əsas məqsədi bütün dünyada məşhur olan cütlüyün sənət dünyası ilə paytaxt sakinlərini və şəhərimizin qonaqlarını yaxından tanış etməkdir. Əsərlərlə ətraflı tanışlığı sərgini tərk etdikdən sonra da şəkil üzərindəki kod vasitəsi ilə virtual şəkildə izləmək mümkündür. Bunun üçün smartfon və planşetlərə “QR-code” proqramını yükləmək kifayətdir.

Altı ay davam edəcək sərgidə hər iki rəssamın 90-dan artıq əsərləri seçilərək nümayiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR