İyunun 19-da "Leyli və Məcnun" operası nümayiş olunacaq 

 İyunun 19-da "Leyli və Məcnun" operası nümayiş olunacaq 
# 11 iyun 2019 11:31 (UTC +04:00)

İyunun 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası keçiriləcək.

APA-nın məlumatına görə, tamaşa Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi, peşəkar musiqili teatrın yaradıcılarından biri, xalq artisti Hüseynqulu Sarabskinin 140 illik yubileyinə həsr olunub.

Məlum olduğu kimi, H.Sarabski Azərbaycan Opera və Balet Teatrının solisti kimi bu teatrın səhnəsində bir sıra tamaşalarda çıxış edib, Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şeyx Sənan ("Şeyx Sənan"), Qərib ("Aşıq Qərib"), Şah İsmayıl ("Şah İsmayıl") və b. partiyaların ən yaxşı ifaçılarından biri olub.

Görkəmli sənətkarın xatirəsinə həsr olunmuş tamaşada əsas partiyaları əməkdar artistlər Arzu Əliyeva (Leyli), İlkin Əhmədov (Məcnun), Cahangir Qurbanov (Nofəl), solistlər Aytən Məhərrəmova (Leylinin anası), Nurlan Namazov (İbn-Səlam), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası), Mütəllim Dədmirov (Məcnunun atası) və b. ifa edəcəklər.

Tamaşanı əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR