“Koroğlu” operası nümayiş olunub

“Koroğlu” operası nümayiş olunub
  • Clock-gray 12:19
  • calendar-gray 20 Sentyabr 2019

Sentyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Koroğlu” operası nümayiş olunub.

APA-nın məlumatına görə, operanın nümayişi Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub. 

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar artist Eyyub Quliyev, quruluşçu rəssamı SSRİ xalq rəssamı Tahir Salahov, baletmeystri SSRİ xalq artist Qəmər Almaszadə, xormeystri Əməkdar incəsənət xadimi Sevil Hacıyevdir. 

"Koroğlu" obrazını Əməkdar artist Ramil Qasımov, Nigar obrazını isə Əməkdar artist Afaq Abbasova canlandırıb.

Bununla yanaşı, operada Xalq artistləri Fidan Hacıyeva (Xanəndə qız), Əli Əsgərov (İbrahimxan), Əkrəm Poladov (Alı), Əməkdar artistlər Cahangir Qurbanov (Həsənxan), Əliəhməd İbrahimov (Təlxək), Bəhram Əliyev (Həmzə bəy), Tural Ağasiyev (vəzir), həmçinin Taleh Yəhyayev (Əhsən Paşa), Nurlan Namazov (Vəli), Firuz Məmmədov (Polad), Nəzər Bəylərov (Eyvaz) rol alıb.

Sözügedən əsər həmçinin bu il üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yeni mövsümünün ilk nümayışı olub. Tamaşa zamanı anşlaq yaşanıb. 

Qeyd edək ki, Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-dək davam edəcək.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date