Meksikalı pianoçu Xesus Lepe Azərbaycanda silsilə konsertlər verəcək

Meksikalı pianoçu Xesus Lepe Azərbaycanda silsilə konsertlər verəcək
# 28 avqust 2019 14:41 (UTC +04:00)

Meksikalı pianoçu Xesus Lepe Azərbaycanda silsilə konsertlər verəcək.

Meksikanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, onun ilk konserti sentyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

O, sentyabrın 6-da Qəbələdə, sentyabrın 11-də isə Sumqayıtda konsert verəcək.

Xesus Lepe Bax, Bethoven və Şopen kimi bəstəkarların bir neçə əsərini, eyni zamanda Kastro və Belisario kimi mühüm meksikalı bəstəkarların bəzi əsərlərini ifa edəcək.

Qeyd edək ki, o, Piano üzrə Beynəlxalq Papantla Festivalının təsisçisi və baş direktorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR