Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
  • Clock-gray 11:44
  • calendar-gray 16 Oktyabr 2019

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert təşkil olunacaq.

Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, “Natiq” ritm qrupu, “Mirvari” rəqs qrupu çıxış edəcək.

Konsertin xüsusi qonaq müğənniləri də olacaq. Belə ki, müğənni-bəstəkar EMİN, Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Bahh Tee (Bəxtiyar Əliyev), Ellai (Elvin Əliyev), Elman (Elman Zeynalov) konsertin xüsusi qonaqları olacaq, öz məşhur kompozisiyalarını səsləndirəcəklər.

19:00-da başlayacaq konsertə giriş sərbəstdir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date