Nazir: “Hər bir azərbaycanlının evində yerli rəssamların əsərləri olmalıdır”

Nazir: “Hər bir azərbaycanlının evində yerli rəssamların əsərləri olmalıdır”
  • Clock-gray 12:51
  • calendar-gray 07 Noyabr 2019

"Azərbaycanda yeni yaradıcılıq sənayesi formalaşır. Bu, əl işlərindən tutmuş rəqslərə qədər incəsənətin bütün sahələrini əhatə edir”.

APA-nın məlumatına görə, bunu incəsənət əsərlərinin növbəti auksionunda Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir yaradıcı sənayenin dünyada geniş yayıldığını və gəlirli sahə olduğunu bildirib: “İncəsənət əsərlərinin auksionu artıq ikinci dəfə keçirilir. Düşünürəm ki, bu, çox yaxşı ənənədir. Auksion vasitəsilə vətəndaşlarımızda yeni vərdişlər formalaşdırmaq və yaratmaq niyyətindəyik. Auksionda alınmış əsərlər daha dəyərli olur, onların qiyməti zaman keçdikcə artır. Eyni zamanda auksionlarda tam şəffaf formada qiymətləndirmə aparılır. Ümidvaram ki, bu ənənə gələcəkdə də davam etdiriləcək”.

Ə. Qarayev qeyd edib ki, hər bir azərbaycanlının evinin divarından yerli rəssamların əsərləri asılmalıdır.

“Bununla biz cəmiyyət şəklində yaradıcı insanlara münasibət formalaşdırmış oluruq”, - deyə nazir vurğulayıb.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date