Nazir: “Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir”

Nazir: “Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir”
# 22 noyabr 2019 16:59 (UTC +04:00)

“Muzeylərə geniş tələbə auditoriyası cəlb edilməlidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “Azərbaycan muzeylərində audio-bələdçi” və "Sənə hekayəmi danışmaq istəyirəm" layihələrinin təqdimat mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, ali təhsil müəssisələri tələbələrinin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir.

“Əlbəttə ki, bu dərslər ödənişsiz olmamalıdır. Bunun üçün Təhsil Nazirliyi ilə də əməkdaşlıq edilməlidir. Təəssüf ki, bu layihə mənim arzum olaraq qalır”, - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR