Opera və Balet Teatrı Gəncədə "O olmasın, bu olsun" tamaşası ilə çıxış edib

Opera və Balet Teatrı Gəncədə "O olmasın, bu olsun" tamaşası ilə çıxış edib
# 26 sentyabr 2019 12:44 (UTC +04:00)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Gəncədə qastrol səfərində olub.

APA-nın məlumatına görə, sentyabrın 25-də kollektiv Gəncə Dövlət Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası ilə çıxış edib.

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tamaşa anşlaqla baş tutub.

Tamaşanın quruluşçu rerjissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Tamaşada teatrın aparıcı solistləri - Xalq artistləri Azər Zeynalov (Məşədi İbad) və Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər İlahə Əfəndiyeva (Gülnaz), Fərid Əliyev (Sərvər), Gülüstan Əliyeva (Sənəm), Cahangir Qurbanov (Qocu Əsgər), Ələkbər Əliyev (Həsənqulu bəy), Tural Ağasıyev (Rza bəy), Təyyar Bayramov (Xanəndə), solistlər Fəhmin Əhmədli (Həsən bəy), Rafiq Abbasov (Məşədi Qəzənfər), Ağaxan Şərifov (Hambal) və başqaları çıxış ediblər.

Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR