Opera və Balet Teatrında “Payatsı” operası nümayiş olunacaq

Opera və Balet Teatrında “Payatsı” operası nümayiş olunacaq
# 05 noyabr 2019 17:01 (UTC +04:00)

Noyabrın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun “Payatsı” operasının tamaşası keçiriləcək.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, tamaşanı idarə etmək üçün tanınmış italiyalı dirijor - Makedoniya Dövlət Opera və Balet Teatrının baş dirijoru, professor Yakopo Sipari di Peskasserolini dəvət edilib.

Maestro Sipari eyni zamanda, Qətər simfonik orkestri, İstanbul Milli simfonik orkestri, Belqrad Milli Teatrı orkestri və Meksika simfonik orkestrinin dəvətli dirijorudur.

Opera tamaşasında baş rolu - Kanio partiyasını Tbilisi Dövlət Opera və Balet Teatrının solisti, Gürcüstanın Xalq artisti, Gürcüstanın Dövlət mükafatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili ifa edəcək.

Tonio rolunda Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələrinin laureatı Stanislav Trifonov çıxış edəcək.

Tamaşada həmçinin Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR