“Oyuq” teatr-studiyası “Qırmızıpapaq” tamaşasını müəllimlərə həsr edəcək

“Oyuq” teatr-studiyası “Qırmızıpapaq” tamaşasını müəllimlərə həsr edəcək
# 25 sentyabr 2019 15:09 (UTC +04:00)

Oktyabrın 5-də A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası “Qırmızıpapaq” tamaşasını təqdim edəcək.

APA-nın məlumatına görə, “Əziz müəllimlərimizə ehtiramla...” şüarı ilə nümayiş olunacaq tamaşa müəllimlərə ithaf edilir.

Teatrın baş rejissoru Qurban Məsimov və studiyanın rəhbəri Səidə Haqverdiyevanın səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

Səhnə nümunəsində rolları Selcan Müseyibova, Arif Əliyev, Murad Əlizadə, Həcər Abdullayeva, Aysu və Uğur Cəbrayılovlar, Nazan Qafarova, Mehriban Hüseynli, İnci Mustafalı, Atilla İbrahimli, İsmayıl Əliyev, Nuray və Aysu Abdullayevalar ifa edirlər.

“Qırmızıpapaq” “Oyuq” teatr-studiyasının yeni mövsümdə ilk tamaşasıdır.

Tamaşa saat 17:00-da başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR