Qəbələdə tanınmış rəssamların iştirakı ilə "Art Zone" adlı rəngkarlıq simpoziumu keçiriləcək

Qəbələdə tanınmış rəssamların iştirakı ilə "Art Zone" adlı rəngkarlıq simpoziumu keçiriləcək
  • Clock-gray 15:28
  • calendar-gray 04 Sentyabr 2019

Sentyabrın 6-13-də Qəbələdə Azərbaycanın tanınmış rəssamlarının iştirakı ilə "Art Zone" adlı rəngkarlıq simpoziumu keçiriləcək.

APA-nın xəbərinə görə, sosial yönümlü bu layihənin əsas məqsədi rəssamlarının gözü ilə Qəbələni respublikamızın əsrarəngiz turizm bölgəsi kimi təşviq etməklə bərabər, rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə "Ustad dərsləri" keçməkdir.

Rəssamlar Qəbələnin turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq bir həftə ərzində rayonun müxtəlif guşələrində sərbəst mövzularda rəsm əsərləri yaradacaqlar.

Bu əsərlər növbəti dəfə keçiriləcək ənənəvi "Art Zone" yaradıcılıq həftəsi çərçivəsində sərgilənəcək.

Gələcəkdə bu mədəniyyət tədbirini xarici rəssamların iştirakı ilə müxtəlif fəsillərdə keçirmək nəzərdə tutulur.

"ART Zone" həftəsində iştirak edən rəssamlar:

1. Müseyib Əmirov - Azərbaycanın əməkdar rəssamı.

2. Elyar Əlimirzəyev - Azərbaycanın əməkdar rəssamı.

3. Yelena Haqverdiyeva - Azərbaycanın əməkdar rəssamı

4. Vüqar Muradov - Azərbaycanın əməkdar rəssamı

5. Elnur Babayev.

6. Anar Hüseynzadə.

7. Emin Əskərov.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date