Rusiyanın Mədəniyyət Nazirliyi Azərbaycan İcmasının Dağlıq Qarabağda film çəkilişləri ilə bağlı müraciətinə cavab verib - FOTO

Rusiyanın Mədəniyyət Nazirliyi Azərbaycan İcmasının Dağlıq Qarabağda film çəkilişləri ilə bağlı müraciətinə cavab verib - FOTO
# 31 avqust 2019 14:37 (UTC +04:00)

Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi Moskvadakı Azərbaycan İcmasının erməni kinorejissor Robert Def və rusiyalı kinorejissor Rano Kubayevanın işğal altındakı Dağlıq Qarabağda “Valter” filminin çəkilişləri ilə bağlı planlarına etiraz əlaməti olaraq etdikləri müraciətə cavab verib.

Bu barədə APA-nın Rusiya bürosuna Moskvadakı Azərbaycan İcmasının sədri Şamil Tağıyev məlumat verib. Onun sözlərinə görə, avqustun 6-da onun tərəfindən Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskiyə ünvanlanan müraciətə avqustun 30-da cavab verilib: "Mədəniyyət Nazirliyindən daxil olan məlumatda bildirilir ki, “Veqa film" şirkətinin "Valter" adlı filmində siyasi xarakter haqda müraciətlərə baxılıb. Rusiya Mədəniyyət Nazirliyinin Kinematoqrafiya Departamentinin Ekspertlər Şurasının iclasının 15.08.2019 tarixli yekun protokoluna əsasən, "Valter" filminin (rejissorun ilk tammetrajlı filmi) 2019-cu ilin rezervinə daxil edilməsi tövsiyə olunub".

Qeyd edək ki, avqustun 6-da Moskvanın Azərbaycan İcmasının sədri Şamil Tağıyevin adından Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskiyə ünvanlanan müraciətdə erməni və rusiyalı kinorejissorların Dağlıq Qarabağda fransalı aktyor Bibi Naserinin baş rol alacağı filmi çəkməklə bağlı planları qəti şəkildə pislənilib. Onlar tərəfindən atılacaq bu addım beynəlxalq hüquq normalarının, Azərbaycanın qanunvericiliyinin və Rusiya ilə Azərbaycan arasında mövcud olan çoxsaylı müqavilələrin kobud şəkildə pozulmasıdır. Kinokompaniya və Rusiya Mədəniyyət Nazirliyinin aktyorlarına bu düşünülməmiş addıma diqqət yetirməyi və filmin sifarişçiləri tərəfindən olan təxribatın qarşısını almağı xahiş edirik”, - deyə, müraciətdə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR