Sentyabrın 28-də “Jizel” baleti oynanılacaq

Sentyabrın 28-də “Jizel” baleti oynanılacaq
# 10 sentyabr 2019 19:15 (UTC +04:00)

Sentyabrın 28-də XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcək.

APA-nın məlumatına görə, tamaşada Jizel partiyasını teatrın balet truppasının aparıcı solisti, Əməkdar artist Nigar İbrahimova ifa edəcək.

Tamaşanın professional səviyyəsini yüksəltmək məqsədilə əsas partiyalardan birini - qraf Albert partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Stanislav Olşanski dəvət edilib.

Tamaşada həmçinin Əməkdar artist Elmira Süleymanova (Mirta), aparıcı solist Anar Mikayılov (Meşəbəyi Hans) və başqaları da çıxış edəcəklər.

Tamaşanı teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR