Tanınmış caz ifaçısı Bakıda çıxış edəcək

Tanınmış caz ifaçısı Bakıda çıxış edəcək
# 17 sentyabr 2019 13:47 (UTC +04:00)

Sentyabrın 23-də amerikalı tanınmış caz ifaçısı Mişel Uoker Bakıda, Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Mərkəzdən APA-ya bildirilib ki, konsertdə ifaçı bir-birindən rəngarəng hit mahnılarını təqdim etməklə yanaşı, dünya caz nümunələrindən də musiqi səsləndirəcək.

Bu, Mişel Uokerin ölkəmizdə ilk konserti olacaq. 2000-ci ildən fəaliyyətə başlayan ifaçının ilk debüt albomu "Slown down" ABŞ-da ilin ən yaxşı debüt albomu və ən yaxşı müstəqil vokal caz albomu nominasiyasına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR