Tanınmış fransız kinoaktrisası Katrin Denev xəstəxanaya yerləşdirilib

Tanınmış fransız kinoaktrisası Katrin Denev xəstəxanaya yerləşdirilib
# 06 noyabr 2019 15:15 (UTC +04:00)

Tanınmış fransız kinoaktrisası Katrin Denev xəstəxanaya yerləşdirilib.

APA-nın "La Parisien" qəzetinə istinadən verdiyi xəbərə görə, noyabrın 5-dən 6-na keçən gecə aktrisanın vəziyyəti pisləşib.

Qəzet yazır ki, aktrisa "ağır vəziyyətdə" Paris xəstəxanalarından birinə aparılıb, lakin onun vəziyyətinin pisləşmə səbəbləri ilə bağlı məlumat verilməyib. Bildirilib ki, onun ətraflı müayinə olunması tələb olunur.

"BFM" telekanalının 76 yaşlı aktrisanın yaxın ətrafına istinadən verdiyi xəbərə görə, həddən artıq sıx iş cədvəli Katrin Denevin səhhətinə pis təsir edib.

Katrin Denev 1943-cü ildə Parisdə anadan olub, onun aktrisa kimi debütü 1957-ci ildə "Gimnaziya şagirdləri" filmi ilə olub. Yeddi il sonra, Jak Deminin musiqili melodramı "Çeburq çətirləri"ndə (1964) çıxışından sonra o, şöhrət qazanıb.

Kino karyerası boyunca Denev 120-dən çox filmdə rol alıb və hazırda Emmanuelle Berkonun 2020-ci ildə tamamlanacaq filiminə çəkilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR