“Taxt-tac oyunları”nın aktyoru serial bitdiyinə görə xəstəxanaya yerləşdirilib

“Taxt-tac oyunları”nın aktyoru serial bitdiyinə görə xəstəxanaya yerləşdirilib
# 29 may 2019 12:36 (UTC +04:00)

“Taxt-tac oyunları” serialının aktyoru Kit Harinqton reabilitasiya mərkəzinə yerləşdirilib.

ONA-nın aif.ru-a istinadən verdiyi məlumata görə, serial bitdiyi üçün aktyor stressə düşüb.

Harinqton hazırda klinikada psixoloji müalicə alır. Dostu bildirib ki, aktyor stress və ifrat yorğunluqdan, bir də alkoqoldan müalicə alır.

Qeyd edək ki, Harinqton “Taxt-tac oyunları” serialında Con Snou rolunda oynayıb. Serialın final seriyası mayın 20-də təqdim olunub. Bir milyondan çox insan səkkizinci sezonun yenidən çəkilməsi barədə petisiya imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR