Üzeyir Musiqi Günü metroda qeyd edilib - FOTOSESSİYA

 Üzeyir Musiqi Günü metroda qeyd edilib - FOTOSESSİYA
# 18 sentyabr 2019 14:50 (UTC +04:00)

Bakı Metropolitenində 18 sentyabr – Üzeyir Musiqi Günü qeyd edilib.

Qurumun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Bakı metropolitenində Üzeyir Musiqi Gününün xüsusi layihələrlə qeyd edilməsinin artıq 5-ci ili tamam olur. Bu gün də səhər saat 11-dən başlayaraq günorta saatlarına qədər metronun “İçərişəhər”, “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyaları növbə ilə sərnişinləri canlı musiqi sədaları altında qarşılayıblar.

Metropolitenin çoxsaylı sosial layihələrindən biri olan bu tədbirin proqramına milli və klassik musiqi nümunələri və xüsusən də Üzeyir Hacıbəylinin əsərlərindən parçalar daxil edilib.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü - 18 sentyabr tarixi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və 1995-ci ildə imzaladığı Fərmanla Azərbaycanda hər il Üzeyir Musiqi Günü kimi təntənə ilə qeyd olunur.

Metro stansiyalarında peşəkar ifaçılar sərnişinlərdə günün ruhuna uyğun ovqat yaradıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR