Xəstəxanaya yerləşdirilən aktyor Məhərrəm Qurbanovun vəziyyəti stabilləşib

Xəstəxanaya yerləşdirilən aktyor Məhərrəm Qurbanovun vəziyyəti stabilləşib
  • Clock-gray 12:30
  • calendar-gray 20 Avqust 2019

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanov xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya aktyorun qızı Aytən Qurbanova məlumat verib.

O bildirib ki, avqustun 19-da axşam saatlarında atasının səhhəti pisləşib: “Biz onu dərhal xəstəxanaya yerləşdirdik. Həkimlər müayinə edib beyin insultu keçirdiyini bildirdilər”.

Aktyorun hazırda reanimasiyada olduğunu qeyd edən A.Qurbanova atasının vəziyyətinin stabilləşdiyini vurğulayıb: “Həkimlərin sözlərinə görə, həyati təhlükə artıq geridə qalıb, lakin bununla belə vəziyyəti gərgin olmaqdadır. Müayinə davam etdirilir”.

Xatırladaq ki, geniş tamaşaçı kütləsi Məhərrəm Qurbanovu “İmtahan” serialının Eldarı kimi tanıyır.

Aktyor “Qız Qalası”, “Ərazi” filmlərində də çəkilib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date