Azərbaycan “Next Stage Europe 2018” beynəlxalq festivalında təmsil olunub

Azərbaycan “Next Stage Europe 2018” beynəlxalq festivalında təmsil olunub
# 20 iyun 2018 10:57 (UTC +04:00)

Azərbaycan Höte İnstitutunun təşkilatçılığı, “LIT:Potsdam” ədəbiyyat festivalının dəstəyi ilə Almaniyanın Postdam şəhərində keçirilən “Next Stage Europe 2018” beynəlxalq teatr festivalında təmsil olunub. APA-nın məlumatına görə, festivalda ölkəmizlə yanaşı Rusiya, Belarusiya, Ukrayna, Gürcüstan və Ermənistandan olan gənc dramaturqlar da iştirak ediblər.

Azərbaycanı beynəlxalq festivalda yazıçı-publisist Ülviyyə Heydərova “Uşaqlıq” adlı mono pyesi ilə təmsil edib. Postdamın Hans Otto Teatrında keçirilən tədbirdə Ü.Heydərova Azərbaycan teatrı, ümumilikdə mədəniyyəti haqqında tamaşaçılara geniş məlumat verib.

Bildirib ki, Azərbaycanın müharibə şəraitində yaşamasına baxmayaraq, mədəniyyətə dövlət tərəfindən böyük dəstək var. Festival çərçivəsində iştirakçılar Hans Otto Teatrının yaradıcı heyətinin iş təcrübəsi ilə yaxından tanış olublar. Festival iştirakçıları eyni zamanda bir sıra görüşlər keçirib, müasir teatr tendensiyaları və dramaturgiya barəsində fikir mübadiləsi aparıblar.

Bundan başqa iştirakçılar Berlindəki Höte İnstitutunda olub, “Deutsches Theater”də tamaşaları izləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR