Bakıda "İtaliya Opera Günləri” keçiriləcək

Bakıda "İtaliya Opera Günləri” keçiriləcək
# 17 aprel 2018 14:43 (UTC +04:00)

Bakıda Coakino Rossininin (Gioachino Rossini) 150 illiyi ilə əlaqədar “Opera Günləri” keçiriləcək.

APA-nın xəbərinə görə, "İtaliya Opera Günləri" çərçivəsində Dövlət Akademik Opera və Balet teatrında 5 fərqli mövzuda tədbirlər təşkil ediləcək.

İtaliya səfirliyinin təşkil etdiyi "Opera Günləri" aparıcı müasir rəqs qruplarının çıxışı ilə başlayacaq. Tədbirlər aprelin 21-dən mayın 6-dək davam edəcək.

Unikallığına görə həddindən artıq bəyənilən "Spellbound Contemporary Ballet" özünün 24 illik karyerası ərzində ilk dəfə Bakıda aprel ayının 21-də təqdim olunacaq.

Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının foyesində “Cara İtalia, Alfin di miro” adlı sərgi də keçiriləcək. Sərgi may ayının 3-dən 20-dək açıq olacaq.

Mayın 4-də italiyalı orqan ifaçısı Maurizio Saverna Savior Kilsəsində konsertlə çıxış edəcək.

Mayın 6-da isə “Barber of Seville” tamaşası təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR