Bakıda I Beynəlxalq Folklor Festivalı keçirilib

Bakıda I Beynəlxalq Folklor Festivalı keçirilib
  • Clock-gray 15:34
  • calendar-gray 24 İyul 2018

Bakıda “Children is our future” adlı I Beynəlxalq Folklor Festivalı keçirilib.

 

APA-nın məlumatına görə, festival Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.

 

Festivalın təşkil olunmasında əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı mədəni əlaqələrin daha da möhkəmləndirilməsidir.

 

Festivalda Azərbaycanı, Hindistanı və Gürcüstanı təmsil edən “Aysel”, “Bobby”, “Vardiza” rəqs qrupları iştirak ediblər.

 

Fərqli üslubda və peşəkarlıqla ifa edilən rəqslər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Festivalın yekun qala konserti Hacıağa Abbasova adına Mədəniyyət Mərkəzində baş tutub.

 

Qeyd edək ki, APA festivalın informasiya dəstəkçisidir.

Cavid Zeynallı

Digər xəbərlər

Arxiv

date